Rus hakerlər Ukraynaya göndərilən Leopard tanklarının təmiri ilə məşğul olan İspaniya şirkətinə hücum edib.
Teleqraf.com "reuters"ə istinadən xəbər verir ki, Almaniya şirkəti General Dynamics-in tabeliyində olan Santa Barbara Systems şirkətinin veb-saytına kiberhücumlar olunub.
General Dynamics şirkətinin Almaniyadakı sözçüsü hələ də saytda yaranan problemlərin səbəbini araşdırdıqlarını bildirib.
Hücumdan sonra Rusiyanın NoName haker qrupu öz Telegram səhifələrində sayta olunan hücuma görə məsuliyyəti öz üzərinə götürüb: "Biz DDoS-raketlərimizi rusofob İspaniya saytlarına göndərdik".
Qeyd olunur ki, keçən ay NATO şirkətlərə qarşı güclü hibrid hücum kampaniyasının arxasında məhz Rusiyanın durduğunu iddia edib. Moskva bu ittihamı “dezinformasiya” adlandırıb.