9 İyun 01:45
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron Kiyevin Rusiya aktivlərindən əldə etdiyi mənfəətdən istifadəsini dəstəkləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin saytında Amerika prezidentinin Parisə səfərindən sonra iki ölkə liderinin bəyanatında deyilir.

Sənəddə deyilir: “Prezidentlər Avropa İttifaqının və G7-nin immobilizasiya edilmiş Rusiyanın suveren aktivlərindən Ukraynanın xeyrinə fövqəladə gəlir əldə etmək səylərini dəstəkləməyi öhdələrinə götürürlər”.

İki dövlət başçıları həmçinin İran və Şimali Koreya və digər ölkələrdən Rusiyaya silah tədarükündən narahat olduqlarını bildiriblər. O, həmçinin Rusiyanın Çindən hərbi istehsal üçün ikili təyinatlı material və komponentlər aldığını qeyd edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər