Fələstin HƏMAS Hərəkatı İsraillə imzalanacaq atəşkəs razılaşmasında Çin, Rusiya və Türkiyənin qarant olmasını tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
İddiaya görə, HƏMAS-ın İsraillə atəşkəs təklifinə verdiyi cavabda tələblərində dəyişikliklər də yer alıb. Xəbərdə HƏMAS-ın Çin, Rusiya və Türkiyənin girovların azad edilməsini ehtiva edən atəşkəs razılaşmasının qarantı olmasını tələb etdiyi bildirilib.
Məlumatda tələbin həm ABŞ, həm də İsrail tərəfindən rədd edildiyi vurğulanıb.
Həmçinin HƏMAS-ın tələblərinə daimi atəşkəs üçün yenilənmiş vaxt cədvəli və İsrail qoşunlarının Qəzza zolağından, o cümlədən Rəfah və Misir-Qəzza sərhədi boyunca yerləşən Filadelfiya dəhlizindən çıxarılması kimi məsələlərin daxil olduğu qeyd edilib.