15 İyun 11:32
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəhbərliyi özünü danışıqlarda maraqlı kimi göstərsə də, əslində Qərbi Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı güzəştə getməyə inandırmaq istəyir. Rusiya lideri Vladimir Putin Ukraynanı tamamilə ələ keçirmək niyyətindədir.

Teleqraf.com xəbər verur ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmalar İnstitutunun təhlilində deyilir.

“Putin və Kreml 2023-cü ilin dekabrından etibarən Ukrayna ilə bağlı ekspansionist ritorikasını nəzərəçarpacaq dərəcədə gücləndirib. Bu, Rusiyanın Ukraynada daha çox ərazi ələ keçirmək niyyətində olduğunu və Ukrayna dövlətçiliyi və kimliyini tamamilə məhv etməyə çalışdığını göstərir”, - institut bildirir.

Təhlil müəlliflərinə görə, Xarkovda davam edən hərbi əməliyyat və hücumlar göstərir ki, Moskva cəbhə xəttini indiki səviyyədə dondurmaqdansa, Ukraynada maksimalist qələbə çalmaqda maraqlıdır.

Analitiklər xatırladırlar ki, Putin Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərinə mümkün dialoqda müzakirə mövzusu olaraq qəbul eləmir. Bunun davamlı olaraq vurğulanması Rusiyanın daha geniş strateji hədəflərdən imtina etdiyini göstərmir.

Mütəxəssislər hesab edirlər ki, Putin Ukraynada qələbəyə NATO ilə müharibə üçün ilkin şərt kimi baxır. Eyni zamanda, Ukraynanın tam təslim olmasını nəzərdə tutmayan istənilən atəşkəs və ya danışıqlar yolu onun üçün müstəqil Ukrayna dövlətini məhv etmək səylərində müvəqqəti fasilədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər