15 İyun 16:39
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlarda 17 terrorçu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk və “Pəncə-Kilid” bölgələrində 8 PKK, Suriyanın şimalında “Fərat Qalxanı” və “Sülh Çeşməsi” bölgələrində aşkarladıqları 9 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - açıqlamada deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu