Havalar isindikcə Krım-Konqo hemorragik qızdırması halları artır.
Teleqraf.com-un məlumatına görə, Krım-Konqo hemorragik qızdırması (KKKA) nairovirusların yaratdığı gənə infeksiyasıdır.
Mütəxəssislərin sözlərinə görə, xəstəlik gənə dişləməsi ilə ötürülür, qrip əlamətləri ilə başlayır, ağır qanaxma xəstəliyinə və hətta ölümə səbəb olur.
Türkiyəli Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Sərvət Öztürkün sözlərinə görə, gənələr təbiətdə, xüsusən də kənd yerlərində çox rast gəlinən canlılardır və bəzi xəstəliklər üçün risk yarada bilirlər: "Xüsusilə son illərdə Krım-Konqo hemorragik qızdırması, tulyaremiya və layma xəstəlikləri ən çox gənə ilə ötürülən xəstəliklərdir".
İlkin simptomların yüksək hərarət, baş ağrısı, əzələ ağrıları, boğaz ağrısı, gözlərdə qızartı, qarın ağrısı, ürəkbulanma və qusma olduğunu deyən Öztürk qeyd edib ki, ağır hallarda bədənin müxtəlif nahiyələrində qanaxma ilə irəliləyə bilər: "Xüsusi bir müalicəsi yoxdur, lakin müalicə simptomatik və dəstəkləyici müalicədir. Gənə ilə təmas aşkar edilərsə dərhal xəstəxanaya müraciət etmək, gənəni çıxarmaq, 10 gün həkim nəzarətində qalmaq lazımdır. Gənə təhlükəsi olan yerlərdə uzunqol geyinməyə üstünlük verilməlidir. Corabınızı şalvarınızın üstündən çəkin, kəndə getmisinizsə, bədəninizdə gənə olub-olmadığını yaxşıca yoxlayın".