22 İyun 10:10
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynaya dəstəyini azaltmaq üçün davam edən informasiya kampaniyasının bir hissəsi olaraq nüvə təhdidlərindən istifadə etməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

İyunun 21-də zabitlər qarşısında çıxışı zamanı Putin bildirib ki, Rusiya strateji çəkindirmənin qarantiyası kimi öz nüvə triadasını daha da inkişaf etdirməyi və dünyada qüvvələr balansını saxlamağı planlaşdırır. Kremlin sahibi qeyd edib ki, Rusiya adi döyüş imkanları və müdafiə sənayesi istehsalını da artırmaq üçün çalışır.

Bundan əlavə, Putin iyunun 20-də Vyetnamda keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya nüvə doktrinasında nüvə silahından istifadə həddini aşağı salmağı nəzərdən keçirir. Məsələn, gələcəkdə Rusiya ordusunun Ukraynada mümkün strateji məğlubiyyəti durumunda.

“Putin ölkəsinin Ukraynadakı məğlubiyyətini Rusiya dövləti üçün ekzistensial təhlükə ilə eyniləşdirmiş və mövcud nüvə doktrinasının nüvə silahından istifadəyə icazə verdiyi müstəsna bir vəziyyətə istinad etmiş ola bilər”, - ISW qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər