Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Astanada görüşünün mümkünlüyü nəzərdən keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov "RİA Novosti"yə bildirib.
"Bəli. Belə bir imkan hazırda nəzərdən keçirilir",– Kremlin rəsmi nümayəndəsi qeyd edib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan "Habertürk"ə müsahibəsində iki liderin Qazaxıstanın paytaxtında görüşə biləcəyini açıqlamışdı.