Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandesə hökm oxunub.
Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, o, ABŞ-də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
ABŞ-nin Manhetten Federal Məhkəməsində keçirilən iclasda 55 yaşlı Hernandesi 45 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorlar bildiriblər ki, Hernandez narkotik pullarından məmurlara rüşvət vermək və 2013-2017-ci illərdə Honduras prezident seçkilərində səsvermənin nəticələrini manipulyasiya etmək üçün istifadə edib. Bir neçə məhkum qaçaqmalçı Hernandesə rüşvət verdiklərini bildiriblər.
2014-2022-ci illər arasında prezident vəzifəsini icra edən Hernandez seçki kampaniyalarını ölkədə narkotiklərlə mübarizə vədi ilə aparıb. ABŞ-nin güclü müttəfiqlərindən biri sayılan Hernandez narkotiklərlə mübarizədə istifadə olunmaq üçün vəzifəsi zamanı ABŞ-dən 50 milyon dollardan çox maliyyə yardımı alıb. Hernandez ABŞ-nin keçmiş prezidenti Donald Trampın da tərifini alıb.
Hernandez səlahiyyət müddəti bitdikdən cəmi 3 ay sonra, 2022-ci ilin aprelində Hondurasdan ABŞ-yə ekstradisiya edilib. Sabiq prezidentin qardaşı Toni Hernandez də narkotik vasitələrin satışında ittiham olunub. O, ömürlük həbs cəzasına məhkum edilib.