Serbiya terrora dözməyəcək.
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu İsrailin Belqraddakı səfirliyinə hücumdan sonra respublika prezidenti Aleksandr Vuçiç deyib.
Dövlət başçısı Serbiyanın paytaxtında İsrail səfirliyi yaxınlığında jandarmaya hücum edən cinayətkarı məhv edən Daxili İşlər Nazirliyinin əməkdaşına da təşəkkür edib.
“Mən çox şadam ki, jandarm Miloş Jevremoviç əməliyyatdan sonra özünü yaxşı hiss edir. Miloşa şücaətinə görə təşəkkür etdim. Serbiya terrora dözməyəcək!” – Vuçiç bildirib.
İyunun 29-da naməlum şəxs İsrailin Serbiyadakı səfirliyi yaxınlığında polis əməkdaşını arbaletlə yaralayıb. Polis zabiti boyun nahiyəsindən yaralansa da, cavab atəşi açmağı bacarıb.