3 İyul 10:48
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya lideri Vladimir Putinlə Kremlin nə qədər Ukrayna ərazisini saxlaya biləcəyi ilə bağlı danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” Trampla əlaqəli mənbələrə istinadla yazır.

Məqalədə deyilir ki, Tramp NATO-nun Şərqə, xüsusən də Ukrayna və Gürcüstana doğru genişlənməmək öhdəliyini götürdüyü sazişi nəzərdən keçirir və Moskvanın nə qədər Ukrayna ərazisini saxlaya biləcəyi ilə bağlı Putinlə danışıqlar aparır.

Donald Tramp prezident olacağı təqdirdə Ukraynadakı müharibəni 24 saata bitirəcəyini açıqlayıb.

Onun fikrincə, ABŞ-nin həqiqi prezidenti olsaydı, Putin heç vaxt Ukraynaya hücum etməzdi.

Rusiyanın BMT-dəki səfiri Vasil Nebenzya Trampın buna nail ola bilməyəcəyini iddia edir: “Ukrayna böhranını bir gündə həll etmək olmaz”.


Müəllif: Mənsur Rəğbətoğlu