Türkiyənin Kayseri bölgəsində suriyalı uşağa cinsi təcavüz olayından sonra başlayan iğtişaşlar zamanı bir sıra xoşagəlməz olay baş verib. Suriyanın Türkiyənin nəzarəti altında olan Əl-Bab bölgəsində təxribatçılar Türkiyəyə məxsus yük maşınlarına hücum edib, türk bayrağını yandırıb və cırıblar.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, hadisədən sonra Türkiyədən bölgədəki qoşunlara kritik əmr göndərilib
Əmrə görə, bundan sonra Türkiyə bayrağına əl uzadan hər kəs sorğu-sualsız güllələnəcək.