Türkiyə İraqın şimalında Hakurk bölgəsində 6 PKK terrorçusunu və "Barış Pınarı" bölgəsinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunun zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı PKK/YPG terrorçularına qarşı əməliyyatları fasiləsiz şəkildə davam edir.
"Bölgədə tək bir terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək", - paylaşımda deyilir.