4 İyul 08:48
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın hakim Yeni Demokratiya Partiyasından olan millət vəkili Lefteris Avgenakis hava limanında bir zabitlə mübahisə etdiyi üçün partiyadan uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, deputat partiyadan Yunanıstanın baş naziri və Yeni Demokratiya Partiyasının lideri Kiryakos Mitsotakisin qərarı ilə xaric edilib.

Sosial şəbəkələrdə yayılan videoda Avgenakis hava limanının əməkdaşı olan bir zabitlə mübahisə etdiyi və onu itələdiyi görünür.

Yeni Demokratiya hökumətində idman naziri, kənd təsərrüfatının inkişafı və qida naziri vəzifələrində çalışmış Avgenakis bundan sonra müstəqil deputat kimi parlamentdə fəaliyyətini davam etdirəcəyini açıqlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər