Rusiya ordusu gecə saatlarında Ukraynaya ərazisinə PUA-larla hücum edib. O cümlədən, paytaxt Kiyevə bir neçə “Şahid” tipli dron (İran istehsalı) atılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.
Paytaxta hücum edən bütün “Şahid”lər Ukrayna hərbi aviasiyası tərəfindən məhv edilib.
Qurban və dağıntının olmadığı bildirilir.