Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə bağlı sürpriz açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, Rusiya liderinin növbəti sülh sammitinə dəvət oluna biləcəyini açıqlayıb.
Əgər danışıqlar masası arxasına oturmaq imkanı yaranarsa, Zelenski Putinin növbəti sammitə dəvət ediləcəyini istisna etmir. Amma o, Rusiya prezidentinin sammitə qatılacağını da düşünmür.