7 İyul 17:12
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukraynanın Donbas bölgəsinin 8 yaşayış məntəqəsində irəliləyib.

Teleqaraf.com xəbər verir ki, bu barədə "DeepState" məlumat yayıb.

Rusiya qoşunlarının Pişçanı, Yevgenivka, Severnoy, Lozuvatski, Makivka, Novoselivka Perşoya, Çasiv Yar və Kalınivka yaxınlığında irəlilələdikləri bildirilir.

Ukrayna qüvvələri Xlıbokidə (Xerson vilayəti) rusları sıxışdırır. Ukrayna ordusu Xarkov vilayətinin Lipsi və Xlıboki yaşayış məntəqələri, Vovçansk və Tıxi yaxınlığında əks-hücuma keçib.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, ruslar Luqansk vilayətində Pişçanı, Sinkivka, Petropavlivka, Stelmaxivka, Nevski, Makivka, Grekivka, Terna, Torsk və Serebryanska doğru irəliləyib.

Rusiya ordusu Donetsk vilayətində Biloqorivka və Vimkada hücumu davam etdirir. Həmçinin Kalınivka, İvanovski, Klişçivka və Andrivka yaxınlığında əməliyyatların davam etdiyi vurğulanır.

Son geolokasiya kadrları Rusiya qüvvələrinin Nyu-York qəsəbəsinin cənub-qərbinə doğru irəlilədiyini göstərir.

Rusiya qoşunlarının Donetskin Krasnoqorivka, Georgivka, Peremoqi, Kostantinivka, Paraskovivka, Uqledar və Vodyanı yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları keçirdiyi də bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər