Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət Azərbaycan millisinin kapitanı bəlli olub.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açıqlayıb.
O bildirib ki, sentyabrda təşkil olunacaq yarışda yığmamızın kapitanı Teymur Rəcəbov olacaq.
Məmmədov, həmçinin millinin Olimpiada üçün heyətinin bəlli olduğunu deyib: “Komandada gənc şahmatçılar da yer alacaq. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasovla yanaşı, Məhəmməd Muradlı və Aydın Süleymanov heyətdə olacaq. Qadınlardan ibarət komandanın heyətində isə dəyişiklik yoxdur. Yığmada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə yer alacaqlar”.
Federasiya rəhbərinin sözlərinə görə, hər iki millini iyul və avqustda gərgin təlim-məşq toplanışı gözləyir: “Ümidvaram ki, şahmatçılarımız uğurlu çıxış edəcək".
Qeyd edək ki, Olimpiada sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.