8 İyul 08:37
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burkina-Fasoda Fransadan uzaqlaşmaq üçün daha bir addım atılıb.

Teleqraf.com xəbər verir ki, Burkina-Fasonun fransız dilində olan himni (Ditanyè) 14 yerli dilə tərcümə edilib. Qərarı Nazirlər Şurası qəbul edib.

Bundan sonra himn yalnız yerli dillərdə səsləndiriləcək.

Qeyd edək ki, Burkina-Fasoda 80-dən çox Afrika dilində danışılsa da, 1974-cü il Konstitusiyada 4 əsas dil təsbit edilib. 2023-cü ilin dekabrında konstitusiyaya edilən dəyişikliklə fransız dilinin statusu rəsmi dildən işçi dil səviyyəsinə endirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər