ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq, lakin hazırda Gürcüstanla bütün əməkdaşlıq proqramlarımız nəzərdən keçirilir", - o, jurnalistin müvafiq sualını cavablandırıb.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi keçən həftə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan birgə təliminin strateji münasibətlərin nəzərdən keçirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.