11 İyul 10:48
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikası məzlum Fələstin xalqına bütün istəkləri reallaşana, hüquqları bərpa olunana, Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək.

Teleqraf.com İRNA-ya istinadən xəbər verir ki, bunu İranın yeni seçilən Prezidenti Məsud Pezeşkiyan HƏMAS (Fələstin İslami Müqavimət Hərəkatı) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə yazdığı məktubunda yazıb.

Onun sözlərinə görə, İslam İnqilabının yüksək prinsip və məqsədlərini müdafiə edərək, İmam Xomeyninin idealları və ali rəhbər Seyid Əli Xamənenin göstərişləri çərçivəsində, islam dinini dəstəkləməyi özünün insani və dini vəzifəsi hesab edir:

“Əminəm ki, müqavimət göstərən Fələstin xalqına qələbə və ilahi zəfər nəsib olacaqdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər