12 İyul 21:04
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiyadan hərbi personalını Zaporojye Atom Elektrik Stansiyasından dərhal geri çəkməyi tələb edən qətnamə layihəsini qəbul edib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, qətnamədə Atom Elektrik Stansiyasının dərhal Ukraynaya qaytarılması tələb olunur.

Səsə qoyulan qanun layihəsi lehinə 99, əleyhinə isə 9 ölkə səs verib. Qətnamə layihəsinin əleyhinə səs verən ölkələr Rusiya, Belarus, Kuba, Eritreya, Mali, Nikaraqua, Suriya, Burundi və Şimali Koreya olub. Çin, Hindistan və Cənubi Afrika daxil olmaqla 60 ölkə bitərəf qalıb.

6 nüvə reaktoru olan Zaporojye Atom Elektrik Stansiyası Ukraynanın cənub-şərqində Rusiyanın nəzarətində olan ərazidə yerləşir və daim çarpaz atəş altındadır.


Müəllif: Arzu

Oxşar xəbərlər