Bölücü terror təşkilatı sərhədlərimiz daxilində hərəkətsiz hala gətirilib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin kampusunda zabitlərin buraxılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, İraq və Suriya ərazisində isə terrorçular tamamilə küncə sıxışmış durumdadırlar.
"Pençe-Kilid" əməliyyat zonasında kilidi tezliklə bağlayacağıq", - deyə Prezident vurğulayıb.