17 İyul 11:39
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden növbəti müddət üçün prezidentliyə namizədliyini geri götürmək üçün şərtini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Bayden bildirib ki, həkimlər sağlamlığında problem aşkarlayarsa, bunu edəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

ABŞ Demokratlar Partiyasının Milli Komitəsi prezident Co Baydenin rəsmi olaraq dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.

Prezident seçkilərində Baydenin əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampın namizədliyi iyulun 15-də Respublikaçılar Partiyasının qurultayında elan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər