İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı şiə Hizbullah təşkilatının hədəflərinə yeni zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, hədəflər arasında Aytarun kəndi ərazisində infrastruktur və Ait-əş-Şaab yaxınlığındakı buraxılış qurğusu olub.
"İsrail Müdafiə Ordusu İsrail dövlətini qorumaq üçün "Hizbullah" terror təşkilatının təhdidinə qarşı tədbirlər görməyə davam edəcək", - deyə bildirilib.