22 İyul 18:48
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlik hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq etdiyi sanksiyanın müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, sanksiyaların müddəti 2025-ci il yanvarın 31-dək uzadılıb.

Avropa İttifaqı indiyədək Rusiyaya qarşı 14 sanksiya paketini həyata keçirib. Avropa İttifaqının Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır.

Qeyd edək ki, Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib. Aİ ilk dəfə 2014-cü ildə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəlib.


Müəllif: Arzu

Oxşar xəbərlər