23 İyul 08:25
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti ilk dəfə olaraq İordan çayının qərb sahilindəki israillilərə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Yaponiya hakimiyyəti ötən ilin oktyabrında Qəzza zolağından “HƏMAS” yaraqlılarının İsrail ərazisinə daxil olması ilə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bölgədə meydana gələnə silsilə hücumlardan narahat olub.

Tokio köçkünlərin aqressiv hərəkətlərini qəbuledilməz, qeyri-insani hesab edir və buna görə də məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdən keçirir. Müvafiq təsdiq isə son mərhələdədir.

İordan çayının qərb sahilindəki israillilərə qarşı sanksiyalar bundan əvvəl Britaniya, Kanada və ABŞ tərəfindən tətbiq edilib. Yaponiya ilk dəfədir ki, belə tədbirlər görəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər