24 İyul 17:11
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla onun seçkilərdə potensial rəqibi Kamala Harris arasında debat sentyabrın 10-da keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Politico” qəzeti yayıb.

Bildirilir ki, Tramp ilk olaraq debatın mühafizəkar “Fox News” platformasında keçirilməsindən yana olsa da, daha sonradan bunun “ABC News” telekanalında olmasına razılaşıb.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. “Associated Press” agentliyinin məlumatına görə, Harris rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər