Prezidentliyə namizəd Kamala Harris ABŞ bayrağını yandıranları pisləyib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
O, paylaşımında Konqresdə çıxış edən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı etirazlar zamanı ABŞ bayrağının yandırılmasını “alçaq hərəkət” adlandırıb.
"Dünən Vaşinqtonda qeyri-vətənpərvər etirazçıların iyrənc hərəkətlərinin və təhlükəli, nifrət dolu ritorikasının şahidi olduq. Bu bayraq bir millət olaraq ən yüksək ideallarımızın simvoludur. Bu şəkildə alçaldılmamalıdır"
Qeyd edək ki, ötən gün İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində çıxışı zamanı bina xaricində etirazlar olub.