26 İyul 12:58
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsindəki müəssisədə kondensat emalı sexində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

İnsidentin gecə saatlarda baş verdiyi bildirilir. Müəssisədə kompleks qaz hazırlama qurğusu partlayıb.

Yaralılardan ikisinin vəziyyəti ağır, birinin vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər