Sabah Venesuelada keçiriləcək prezident seçkilərini izləmək istəyən 5 keçmiş dövlət rəhbərinin ölkəyə girişinə icazə verilməyib.
Teleqraf.com-un xəbərinə görə, onlar müxalifətin dəvəti ilə Panamadan Venesuelaya gəlmək istəyiblər, lakin Maduro onların ölkəyə girişi yasaqlanıb.
Təyyarədə Panamanın keçmiş prezidenti Mireya Moskoso, İspaniyanın keçmiş baş nazirləri Xose Mariya Aznar və Mariano Raxoy, Meksikanın keçmiş prezidentləri Felipe Kalderon və Visente Foks olub.
Qeyd edək ki, Venesuelada prezidenti seçkiləri iyulun 28-də keçiriləcək.