Amerika Birləşmiş Ştatları (ABŞ) Amerikanın hegemon strategiyasına uyğun olaraq Çinə qarşı yanlış siyasət aparır.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ -nin dövlət katibi Antoni Blinkenlə Vyantyanda keçirdiyi görüşdə deyib.
"Birləşmiş Ştatlar Çin haqqında yanlış təsəvvürə malikdir və bunu daim öz hegemon məntiqinin güzgüsündə əks etdirir", - nazir deyib.
Van I vurğulayıb ki, Pekin öz dinc inkişaf yoluna sadiq qalmağa və insan taleyi icmasının qurulmasına kömək etməyə davam edəcək.
Öz növbəsində ABŞ dövlət katibi Antoni Blinken Vanq Yiyə xəbərdarlıq edib ki, Vaşinqton Rusiya hərbi-sənaye kompleksinə dəstək verən Çin şirkətlərinə qarşı tədbir görəcək.