1 Avqust 08:43
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi Livan sərhədində keçirilən təlimdə iştirak edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Halevi təlimdə iştirak edən əsgərlərin qarşısında çıxış edib .

“Hizbullah”ın yüksək rütbəli komandirini və həmçinin “Hizbullah” lideri Həsən Nasullaha yaxın Fuad Şükrü öldürmək fürsətlərinin olduğunu vurğulayan Halevi Livana qarşı təhdidedici ifadələr işlədib.

O çıxışı zamanı bunları deyib:

“İsrail ordusu Beyrutun bir məhəlləsində necə hərəkət edəcəyini və müəyyən bir nöqtəyə necə çatacağını bilir. O, həmçinin yerin altında müəyyən bir nöqtəyə hücum etməyi də bilir. Biz içəridə böyük bir qüvvə ilə necə mübarizə aparacağımızı da bilirik və siz də bu həftə bunun üçün təlim keçirsiniz."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər