Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Liderlər Qəzzadakı son vəziyyəti, regional və ikitərəfli münasibətləri gündəmə gətiriblər.
Telefon danışığında Ərdoğan həmkarına İsrail Baş naziri Benyamin Netanyahu administrasiyasının atəşkəs və sülhü istəmədiyini hər addımında nümayiş etdirdiyini vurğulayıb. Eləcə də, ABŞ Nümayəndələr Palatasındakı görüntülərin Türkiyədə və dünyada dərin xəyal qırıqlığına səbəb olduğunu bildirib.
Prezident Ərdoğan Türkiyənin Türkiyə-ABŞ əlaqələrinin hər sahədə yaxşılaşdırılması üçün əlindən gələni etdiyini və bundan sonra da edəcəyini bildirib.
Görüş zamanı Bayden Ərdoğana girov mübadiləsinin rahat keçməsi üçün göstərdiyi səylərə görə təşəkkür edib.