Rusiyanın "Utair" aviaşirkətinin İrəvandan Moskvaya uçan təyyarəsi mühərrikdəki nasazlığa görə məcburi eniş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, uçuş zamanı mühərriklərdən birinin sensor göstəricisi işə düşüb və təyyarə komandiri Həştərxan hava limanında eniş etmək qərarına gəlib. Məlumata görə, hadisə zamanı təyyarədə 240 sərnişin olub.