Fransa Prezidenti Emmanuel Makron iyulun 26-da Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində ölkənin əsl üzünü göstərdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Makron Olimpiya Oyunlarının açılış mərasiminin bədii rəhbərinə, eləcə də onun səhnələşdirdiyi tamaşanın artistlərinə qarşı təhdidlərdən qəzəbləndiyini deyib.
"Hamısına dəstəyimi bildirirəm. Sənətkarlara qarşı təhdidlərə heç nə haqq qazandırmır. Onun (Jolli) cəsarəti bir çox insana fayda gətirdi. Fransızlar Olimpiya Oyunlarının açılış mərasimi ilə fəxr edirlər, biz bununla fəxr edirik. Hesab edirəm k, Fransa özünün əsl üzünü göstərdi. O, cəsarətini nümayiş etdirərək bunu özünəməxsus bədii sərbəstliyi ilə ifadə edib", - Makron bildirib.