HƏMAS-ın əl-Furqan batalyonunun komandiri Cabir Əzizi öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, komandir Cabir Əzizi avqustun 4-də Qəzza zolağına hücum zamanı öldürülüb. İDF dövlətə qarşı terror aktlarının əsas təşkilatçılarından biri kimi Əzizin adını çəkir.