6 Avqust 10:16
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın gözlənilən hücumunu dəf etməkdə İsrailə kömək etməyə hazırlaşdığı bildirilən ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın rəhbərliyi İsraili bu cür hücuma çox sərt cavab verməmək üçün qabaqcadan xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kan” ictimai televiziyası məlumat yayıb.

“Təhrik etməyin. Hücum etməzdən əvvəl diqqətlə düşünün. Məqsəd günün sonunda genişmiqyaslı müharibəyə gətirib çıxarmamaqdır”, - adı açıqlanmayan rəsmilər rəsmi Yerusəlimə deyiblər.

Aprel ayında İsrail, ABŞ, Böyük Britaniya, Fransa, Qətər, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin daxil olduğu koalisiya İrandan İsrailə PUA və raket hücumunun qarşısını aldı. “Kan” dünən bildirib ki, Qərb həmin koalisiyanın yenidən bir araya gələcəyinə inanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər