6 Avqust 11:54
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın İsrailə gözlənilən hücumdan əvvəl raket buraxılış qurğularının hərəkətlərini izləyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal ” ABŞ rəsmilərinə istinadla yazır.

Nəşr qeyd edir ki, İran son günlərdə raket buraxılış sistemlərini hərəkətə gətirib və aktiv hərbi təlimlərə başlayıb.

“Bu, İranın yaxın vaxtlarda hücuma hazırlaşmasından xəbər verə bilər”, - rəsmi deyib.

Nəşr vurğulayır ki, ABŞ “Hizbullah” terror təşkilatının komandiri Fuad Şükürün İsrailin Beyruta hücumunda öldürülməsindən saatlar sonra HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə İranın potensial reaksiyasında “Hizbullah”ın rolunun ölçüsünü bilmir.

Köməkçiləri Prezident Co Baydenə söyləyiblər ki, İran və “Hizbullah”ın İsrailə hücuma nə vaxt başlayacağı hələ də bəlli deyil.

“Röyter” yazır ki, İran və ya “Hizbullah”ın Şükrü və Haniyənin qisasını alacağı gözlənilir, amma Tehran kartlarını sinəsinə sıxıb.

ABŞ rəsmisinin sözlərinə görə, ABŞ prezidentində belə bir hücumun xüsusiyyətləri ilə bağlı çox az məlumat var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər