HƏMAS Hərəkatı lideri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra ilk andan başsağlığı verdiyi və böyük bir heyətlə dəfn mərasimində iştirak etdiyi üçün Türkiyəyə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, HƏMAS Haniyənin ölümü ilə bağlı başsağlığı verən bütün ölkə liderləri, hökumətləri və şəxslərə təşəkkürürünü bildirib.
“Prezident (Rəcəb Tayyib Ərdoğan) və rəsmiləri kimi ilk anlardan başsağlığı verən, rəsmi və ictimai səviyyədə dəfn mərasimində ən böyük iştirakı təmin edən Türkiyəyə prezident, hökumət, parlament və xalq olaraq təşəkkür edirik”, - bəyanatda deyilir.
Açıqlamada cənazənin qarşılanması və dəfnə görə İran Prezidenti Məsud Pezeşkian və xalqına, eləcə də Qətərə təşəkkür edilib.