Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə şiddətli döyüşlər gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov "Telegram"da məlumat verib .
“Sərhəddə Kursk vilayətinin Sudjanski və Korenevski rayonlarında döyüşlər gedir. Düşmənə artilleriya və aviasiya zərbələri endirilir”, - Smirnov deyib.