7 Avqust 13:30
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-İsrail qarşıdurması ilə bağlı qlobal güclər arasında pərdəarxası ciddi danışıqlar gedir.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi İsrail-İran gərginliyi ətrafında cərəyan edən hadisələrə diqqət çəkib:

“Dünya mediası yazır ki, İsmayıl Haniyənin öldürülməsi məsələsinə görə İranda 20 ölkə vətəndaşı həbs edilib. Xəbərdə deyilir ki, ABŞ İranı sakitləşdirmək üçün İsrailə çalışan həmin şəxslərin adı və ünvanını özü Tehrana bildirib.

Dünən “Röyter” agentliyi maraqlı məlumat dərc edib. Həmin məlumata görə, Putin Şoyqunu İrana o səbəbdən göndərib ki, İranı İsrailə qarşı hər hansı əməllərdən çəkindirsin. Böyük ehtimalla Putindən bunu ABŞ xahiş edib. Görünən odur ki, pərdəarxası ciddi danışıqlar gedir. Çünki məntiqlə Putinə Yaxın Şərqin qan çanağına dönməsi çox sərf edir, yeni böyük müharibə Ukrayna məsələsini tam gündəmdən çıxaracaq, bu da Putinə işğalçı əməllərini Ukraynada daha rahat həyata keçirməyə imkan verəcək, zatən, ABŞ-nin Ukraynaya “damla-damla” verdiyi hərbi yardımı xeyli azaldacaq. Amma yox, Demokratlara dəstək lazımdır, bu, daha vacib məsələdir deyə, İrana vəziyyəti kəskinləşdirməməklə bağlı basqı edir”.

Natiq Cəfərli əlavə edib ki, Çin rəsmilərinin Bayden və Demokratlarla iç-içə olan əlaqələri ilə bağlı yüzlərlə məlumat var:

“Bundan başqa, Tramp və komandasının Respublikaçıların son toplantısında Çini əsas və təhlükəli düşmən/rəqib elan etməsi rəsmi Pekini ciddi narahat edib və Demokratlarla daha yaxşı dil tapmağın mümkünlüyü fikrini təsdiqləyib.

Bir sözlə, üzdə və sözdə “dava-dava” oynayanların vahid məqsəd uğrunda birləşdiyi görünür, əsas hədəfləri ABŞ-də Respublikaçılar Partiyasını hakimiyyətə buraxmamaqdır. Putinin zindanda olan bir neçə ABŞ vətəndaşını Demokratlara “hədiyyə” edərək onların xal qazanmasına yardımçı olması da ayrıca bir ştrix, qlobal anti-Tramp koalisiyanın növbəti addımı idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər