9 Avqust 17:25
2 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qanadı PYD/YPG Türkiyənin sərt xəbərdarlığından sonra bu ayın sonuna təxirə saldığı qondarma seçkiləri ləğv edib.

Teleqraf.com xəbər verir ki, may-iyun aylarında Suriyanın şimalında muxtariyyət əldə etmək məqsədilə qondarma seçkilər təyin etsələr də, Ankaranın xəbərdarlığından sonra avqusta təxirə salmışdılar.

“Yeni Şafak”a danışan yerli mənbələr “seçkilər”in səssizcə ləğv edilməsini terror təşkilatının uğursuzluğunu gizlətmək cəhdi kimi qiymətləndirirlər.

Bölgə əhalisinin əksəriyyətini təşkil edən ərəblər də PKK-nın bu separatçı məqsədindən narazıdır.

Türkiyə terrorçuların “seçki hazırlığı”nı yaxından təqib edirdi. Sözügedən addımın qarşısını almaq üçün ABŞ başda olmaqla, aidiyyəti qurumlar və beynəlxalq təşkilatlarla diplomatik müzakirələr aparılıb. Qondarma seçkinin Suriyanın ərazi bütövlüyü və birliyini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olduğu və bu istiqamətdə cəhdin Suriyada zorakılıq və qeyri-sabitliyi artıracağı vurğulanıb.

Türkiyə Suriyanın ərazi bütövlüyünü hədəfə alan və öz milli təhlükəsizliyini təhlükəyə atan bir təşəbbüsə icazə verməyəcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər