10 Avqust 23:15
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Hindistan rus ordusunda xidmət edən hindliləri ölkədən çıxarmaq üçün birlikdə çalışır.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nyu Dehlidəki səfirliyi məlumat yayıb.

“Hər iki ölkənin müvafiq idarələri Rusiyada könüllü olaraq hərbi xidmətə gedən Hindistan vətəndaşlarının tez bir zamanda müəyyən edilərək işdən çıxarılması üçün sıx işləyir.

Bütün müqavilə öhdəlikləri və ödənilməli kompensasiya ödənişləri tam həcmdə yerinə yetiriləcək”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlik həmçinin qeyd edib ki, 2024-cü ilin aprelindən bəzi xarici ölkələrin, o cümlədən Hindistan vətəndaşlarının Rusiya ordusunda xidmətə qəbulu dayandırılıb.

İyul ayında Hindistanın baş naziri Modi Rusiya paytaxtına səfəri zamanı ölkə vətəndaşlarının vaxtından əvvəl Rusiya qoşunlarından qovulması məsələsini qaldırmışdı.


Müəllif: Arzu

Oxşar xəbərlər