Ukrayna Silahlı Qüvvələrinin (AFU) raketi yaşayış binasının üzərinə düşüb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin başçısı Aleksey Smirnov "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Kurskda vurulmuş raketi yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub.
“Bu gün vurulmuş Ukrayna raketi Kursk şəhərində yaşayış binasına düşüb. Yanğın var idi. Hadisə yerinə bütün təcili yardım xidmətləri gəlib”, - deyə o yazıb.
Hadisə nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb.