Ukraynanın Rusiyanın regionlarına hücumlarına sərt cavab özünü çox gözlətməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya rəsmisi beynəlxalq təşkilatları Ukrayna ordusunun Kursk vilayətinə hücumlarını pisləməyə çağırıb.
"Amma beynəlxalq cavabın biabırçı susqunluq olacağına əminik”, - Zaxarova əlavə edib.
Ukrayna Silahlı Qüvvələri bu gün Rusiyanın Kursk vilayətinə kütləvi raket zərbələri endirib.