ABŞ və Cənubi Koreya gələn həftə birgə hərbi təlimlər keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.
Təlimlər avqustun 19-dan 29-dək davam edəcək. Buraya kompüter simulyasiyasına əsaslanan komanda-qərargah məşqi, eyni vaxtda səhra və mülki müdafiə təlimləri daxildir.
“Cənubi Koreya-ABŞ alyansı kütləvi qırğın silahlarının qarşısını almaq və onlardan qorunmaq üçün öz imkanlarını və mövqelərini gücləndirməyə davam edəcək”, - deyə məlumatda qeyd edilib.
Təlimlərdə Cənubi Koreya və ABŞ hərbçiləri ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Komandanlığına üzv olan bir neçə ölkənin hərbi qulluqçuları da iştirak edəcək.