13 Avqust 21:17
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Ukraynaya 500-ə yaxın pilotsuz uçuş aparatı verəcək. Onlar artıq göndərilməyə hazır vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds sosial şəbəkələrdə məlumat verib.

“Növbəti PUA paketi hazırdır! 500-ə yaxın Latviya istehsalı olan dron müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməkdə ukraynalılara dəstək olacaq”, - o yazıb.

Ukrayna bu cür yardımı dron koalisiyası çərçivəsində alacaq. Bu təşəbbüsə Böyük Britaniya və Latviya rəhbərlik edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər