Ukrayna ordusu son sutka ərzində Rusiyanın Kursk vilayətində ən azı 7 yaşayış məntəqəsini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
“Kursk uğrunda döyüşlər davam edir. Ukrayna Müdafiə Qüvvələri Kursk vilayətinin Suca (şəhər), Lyubimivka, Qonçarivka, Lebedivka, Zaoleşenka, Kurilivka, Plexovo və digər yaşayış məntəqələrini azad edib”, - məlumatda deyilir.
Analitiklərin fikrincə, Kursk vilayətinin ərazisində 469 kvadratkilometr ərazi Ukrayna ordusunun nəzarətindədir. Vilayətin daha 506 kvadratkilometri boz zonadadır.
Əvvəlki günlə müqayisədə ələ keçirilmiş ərazilərin ümumi sahəsi təxminən 1,5 dəfə artıb.