18 Avqust 18:43
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi analitik, professor Mesut Hakkı Caşın terrorçuların paramotorlarla İraqda Türkiyə hərbçilərinə qarşı təxribata cəhdi ilə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, mütəxəssis cəhddə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) roluna diqqət çəkib.

"Məncə, CENTCOM burada əsas şübhəlidir. Hücum Suriya yox, İraqdan gəlir. Çünki burada əməliyyat şəraiti və hədəflərin aşkarlanması daha çətindir. Amma təhlükəsizlik kameralarından başqa, səmadakı PUA-larımız bu yerləri durmadan izləyir. Yeni kameralarımız duman və pis hava şəraitində gizlənə bilən obyektləri asanlıqla çəkir. Düşünürəm ki, CENTCOM terrorçuləra təlim keçib. Belə deyilsə, bunu dərhal inkar etməlidirlər. Mütəxəssislər detalları araşdırılmalı və onların arxasında duran ölkəyə nota verilməlidir. Bu, çox ciddi, yüksək strateji sızma əməliyyatıdır", - Çaşın bildirib.

Onun sözlərinə görə, bu addımın Türkiyə və İraq arasında terrorizmlə mübarizəyə dair müqavilənin imzlanmasından dərhal sonra gəlməsi təsadüfi deyil:

"Əgər bu, müqavilənin imzalanmasından iki gün sonra olursa, demək, özündə müəyyən bir mesajı daşıyır. Yəni Amerika Türkiyə və İraqın Beşika və Bağdadda Terrorla Mübarizə Qərargahı qurmasından narahat olub".

Terrorçuların istifadə etdikləri M-16-lar Amerika silahlardır. Bu, təlimi Amerika hərbçilərindən aldıqlarını göstərir. Yəni dəlillər ortadadır, cinayət sübuta yetirilib"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər